Sosial Media KPI’ları: Sosial Mediada Effektivliyi Necə Ölçmək Olar?

Sosial Media KPI'ları: Sosial Mediada Effektivliyi Necə Ölçmək Olar?

Hər bir rəqəmsal marketoloqun məsuliyyət daşıdığı bir sosial media büdcəsi var. Kampaniyalar, postlar paylaşırıq, hədəf kütləmizlə müxtəlif yollarla əlaqə saxlayırıq. Ancaq doğru yolda olduğumuzu haradan bilə bilərik?

Sosial Media Strategiyamızın Uğurlu Olduğunu Necə Bilək?


Sosial media KPI’larının köməyi ilə sosial media fəaliyyətimizdə effektivliyi ölçmək mümkündür.

KPI nədir?


Əsas performans göstəriciləri (Key performance indicators) fəaliyyətimizin performansını ölçmək üçün istifadə etdiyimiz göstəricilərdir. KPI’lar sayəsində bir təşkilatın uğurunu qiymətləndirə bilirik.

Sosial Media KPI’ları Nələrdir?


Sosial media KPI’ları, sosial medianın performansını əks etdirən və bir iş üçün sosial ROI-ni (return on investment – gəlirliliyi) sübut edən ölçülərdir (Hootsuite). Sosial mediada KPI -lərin təyin olunması, doğru hədəfləri anlamaq və təyin etmək, şirkətin sosial media kanallarının effektivliyini ölçmək üçün bizə kömək edir.

Ən vacib sosial media KPI-lərini təyin edək:

REACH – Sosial media postunuz və ya səhifəniz neçə nəfərə çatdı?

IMPRESSİON – Post və ya səhifəniz ümumi olaraq neçə dəfə görünüb?

PROFILE VISIT– Səhifənizə neçə istifadəçi daxil olub?

FOLLOWERS – Neçə izləyiciniz var?

AUDIENCE GROWTH RATE (Auditoriyanın artım dərəcəsi) – İzləyicilərin sayı zamanla necə dəyişib?

AGR = (Yeni İzləyicilər / Toplam İzləyicilər) * 100

ENGAGEMENT (ümumi bəyənmələr, şərhlər, paylaşımlar, saxlama/save, kliklər) – Postlarınız və ya səhifəniz neçə interaksiya alıb?

ENGAGEMENT RATE – Səhifənin çatdığı istifadəçilərin neçə faizi post və ya səhifə ilə “engage” edib (ümumi bəyənmələr, şərhlər, paylaşımlar, saxlama/save, kliklərin nisbəti) ?

ER = (Total Engagement / Total Reach) * 100

CONVERSION – Veb saytınızda sosial media reklamları vasitəsilə nə qədər alış olub?

CONVERSION RATE – Reklamınızı klikləyən istifadəçilərin neçə faizi veb saytınızda alış edib?

CR = (Total Conversion / Total Click) * 100

COST PER RESULT (NƏTİCƏ BAŞINA XƏRC) – Kampaniya məqsədimiz əsasında nə qədər nəticə əldə edilib?

Conversion bir kampaniya hədəfi olaraq təyin edilibsə, Alış Başına Maliyyət (nəticə) bu cür hesablanacaq:

Xərclənən Reklamlar / Toplam Dönüşümlər

CLICK-THROUGH-RATE (CTR) – Reklamınızın çatdığı istifadəçilərin neçə faizi reklama klikləyib?

TO = (Click /Reach) * 100

COST PER CLICK (CPC) – Bir klik üçün nə qədər ödənilib?

CPC = Reklam Xərcləri / Toplam Klik Sayı

COST PER THOUSAND IMPRESSIONS (CPM) – Hər 1000 görüntülənmə üçün nə qədər pul ödənilib?

Bunlar sosial media fəaliyyətinin effektivliyi izləyə biləcəyiniz əsas KPI-lardır. Gələcək blog yazılarımda sizə digər sosial media KPI’ları haqqında daha çox məlumat verəcəyəm.

2 thoughts on “Sosial Media KPI’ları: Sosial Mediada Effektivliyi Necə Ölçmək Olar?”

  1. Pingback: 3 Saniyədə Diqqəti Çək: Rəqəmsal Marketinqdə Diqqət Prinsipləri

  2. Pingback: Daha Effektiv Sosial Media Reklamları Üçün 8 Metod | Digital Marketing

Comments are closed.