SEO-da Açar Söz Araşdırmasına Başlamadan Öncə Bilməli Olduğunuz Sirr

SEO-da Açar Söz Araşdırmasına Başlamadan Öncə Bilməli Olduğunuz Sirr

Google axtarış statistikalarına görə, Google-da gündə ortalama 3,5 milyard axtarış aparılır (Internetlivestats, 2019). Rəqəmsal marketoloqlar, demək olar ki, hər 5-10 ildən bir dəyişən istehlakçı davranışlarını izləsələr də, axtarış motorlarında istifadəçi vərdişlərini də izləməlidirlər. İstifadəçilərin axtarış motorlarında və veb saytlarında davranışlarını təhlil etməzdən əvvəl, axtarış motorlarının necə işlədiyini və onları nəyin motivasiya etdiyini öyrənməliyik.

Axtarış Motorlarının Əsas Motivasiyası Nədir?

• Gəlir əldə etmək üçün istifadəçiyə axtarışlarına uyğun nəticələr vermək.
• Gəlir əldə etmək üçün istifadəçilərə populyar nəticələr göstərmək.
• Gəlir əldə etmək üçün istifadəçiləri mümkün qədər çox veb saytlarda saxlamaq.

Beləliklə, axtarış motorlarının maraqlandığı yeganə şey gəlirdir.

İstifadəçilərin Əsas Motivasiyası Nədir?

• Axtarışlarına uyğun nəticələr.
• Axtardıqları hər şey haqda uyğun nəticələr.
• Axtardıqları hər şey haqda və tez bir zamanda uyğun nəticələr.

Açar Söz Kateqoriyaları

Açar sözlərin 2 əsas kateqoriyası var:

Kəşf edilə bilən açar sözlər (Discoverable keywords) – Xüsusi olaraq sizi axtarmadıqları zaman tapıldığınızda istifadə edilən açar sözlər.

Mövcud açar sözlər (Available keywords) – Xüsusi olaraq sizi axtardıqları zaman istifadə edilən açar sözlər.

Məsələn, istifadəçi gözləntilərinə uyğun bir otel axtarırsa və “Bakıdakı otellər” deyə axtarış edirsə, bu “kəşf edilə bilən açar söz”dür. Ancaq istifadəçi xüsusi olaraq otelin tam adını axtararsa, bu, “mövcud açar söz” kateqoriyasına daxildir.

İnsanlar Axtarış Sistemlərində Niyə və Nə Axtarır?

Bu blog yazısının əsas məqsədi axtarışların niyyətini anlamaqdır və daha sonra açar söz araştırmasında tətbiq etməkdir. HƏR BİR AÇAR SÖZ İSTİFADƏÇİNİN NİYYƏTİNİ (INTENT) VƏ MƏZMUNUNU (CONTEXT) DAŞIYIR. Axtarış motorunun optimallaşdırılmasının (Search Engine Optimization) ilkin mərhələsi axtarışların məqsədini müəyyən etməkdir.

Bəs bu nə deməkdir?

Intent (niyyət) – İstifadəçi nə axtarır?
Context (məzmun) – Niyə bunu axtarır?

Bir neçə nümunəyə baxaq:

Rəqəmsal marketinq kursuna (INTENT) qatılmaq istəyirəm, çünki rəqəmsal marketoloq (CONTEXT) olmaq istəyirəm.”

“Yeni bir saç kəsimi (CONTEXT) istədiyim üçün saç salonu (INTENT) axtarıram.”

Yoga öyrənmək istəyirəm (INTENT), çünki yuxuya getməkdə çətinlik çəkirəm (CONTEXT).”

“Həyat yoldaşımla ildönümümüz olduğu üçün (CONTEXT) yaxınlıqda yerləşən, romantik restoran axtarıram (INTENT).”

Fərqli niyyət və məzmuna malik bir qrup insan tapa bilərsiniz. Hər bir niyyət və məzmun bir axtarış sorğusunu təmsil edir. Beləliklə, açar söz araşdırması etməzdən əvvəl, axtarış sorğularının niyyətini və məzmununu tapdığınızdan əmin olun. Bu axtarış məqsədlərini təyin etdikdən sonra açar söz planlaması etmək daha asan olacaq.