Haqqımda

Bloguma xoş gəlmisiniz! Mən Səbinə, “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə bakalavr dərəcəsinə sahib rəqəmsal marketinq mütəxəssisiyəm. Rəqəmsal Marketinq və onun müxtəlif sahələri olan Sosial Media Marketinqi, Kontent menecment və Kopiraytinq, Google Reklamları, Vebsayt, Axtarış Motoru Optimizasiyası (SEO) və Veb Analitikası sahəsində 3 illik təcrübəm var. Pərakəndə, Turizm, Otelçilik, Moda, Restoran, Təhsil, Biznes, FMCG, İnvestisiya, Bankçılıq və s. kimi müxtəlif sektorlardan 100-ə yaxın şirkətlə çalışmışam.

Blogumda siz, rəqəmsal marketinqlə bağlı ən son trendləri, tövsiyələri, strategiyaları oxuya bilərsiniz; Sosial Media Marketinqi (Social Media Marketing), Axtarış Motoru Optimizasiyası (Search Engine Optimization), PPC / Google Axtarış və Display Reklamlar (Google Search and Display Ads), Rəqəmsal Psixologiya (Digital Psychology), Veb Analitika, Konversiya optimizasiyası (Conversion optimization) və s.