SEO (Search Engine Optimization) nədir?
SEO (Search Engine Optimization) – Azərbaycan dilində axtarış motoru optimizasiyası adlandırılan SEO, axtarış motorlarından bir veb sayt və ya bir veb səhifəyə orqanik olaraq trafik keyfiyyətinin və sayının artırılması prosesidir. Bunların baş verməsi üçün isə SEO-un əsas iş prinsipi veb saytın axtarış nəticələrində üst sıralarda çıxmağını təmin etməkdir.
Axtarış motorlarının alqoritmi və açar söz araşdırması ilə bağlı qısa məlumat öncəki blog yazılarımda paylaşmışdım. İndi isə SEO-ya daxil olan bütün proseslərin üstündən qısaca keçəcəyik.
TEXNİKİ SEO
Saytın domainin Google Search Console alətinə əlavə edilməsi
Google Search Console – veb saytlarının axtarış motolarında görünməsini optimallaşdırmağa imkan verən Google tərəfindən yaradılmış bir alətdir. GSC saytları indeksləyərək Google-ın həmin səhifələri tanımasına və axtarış zamanı istifadəçilərin qarşısına çıxmasına şərait yaradır.
Saytın Google Analytics alətinə əlavə edilməsi
Google Analytics – veb saytların trafikini və saytlarda istifadəçi davranışlarını öyrənməyə kömək edən Google tərəfindən yaradılmış bir alətdir.
SITEMAP və ROBOTS.TXT fayllarının yaradılması
SITEMAP – saytın xəritəsi adlandırdığımız, bütün səhifələrinin bir yerdə olduğu fayldır. Bu faylı SITEMAP Generator alətləri ilə yaratmaq və Google Search Console-a yükləmək kifayətdir.
ROBOTS.TXT (Robots Exclusion Protocol)– axtarış motorlarına veb saytın hansı bölmələrini, hansı şəkildə skan ediləcəyini izah edən, saytın HTML fayllarının arasında yerləşən fayldır. Bu faylı mətn proqramları ilə asanlıqla yaratmaq mümkündür.
Nümunə:
User-agent: *
Disallow:
Sitemap: https://sabinazakirova.com/sitemap_index.xml
Google Search Console ilə iş
GSC ilə bu mərhələdə biz saytın bütün səhifələrini indeksləyə bilərik. Bunun nəticəsində uzun müddət gözləməyə ehtiyac olmadan Google artıq saytdan “xəbərdar” olmuş olur. Bundan əlavə bu alətlə müəyyən müddət ərzində sayta axtarış motorlarından gələn klik sayını, görüntülənməni (impression), CTR (click-through-rate), ortalama olaraq nəticələrdə neçənci sırada olduğunu, hansı açar sözlərdə (keywords) çıxdığını, “error”ları və s. görmək mümkündür.
Səhifələrin URL-larının optimal URL strukturuna uyğunlaşdırılması
Səhifələrin linklərinin oxunaqlı olması həm istifadəçi, həm də axtarış motorları baxımından çox önəmlidir. Buna görə bu alətlər URL strukturunun aşağıdakı nümunəyə uyğun olmasını tövsiyə edirlər:
Mediaların optimallaşdırılması
Şəkillər, videolar və fayllar saytın sürətinə təsir edən amillərdəndir. Onları SEO-ya uyğun optimizasiya etmək sürətə və nəticədə axtarış reytinqinə pozitiv təsir göstərir.
Structured Data (strukturlaşdırılmış data) əlavə edilməsi
Schema Markup – axtarış motorlarına məzmununuzu anlamağa və onu axtarış nəticələrində daha yaxşı təmsil etməyə kömək edən koddur. Saytdakı kontent hər hansısa blog post, xəbər, şirkət, insan, yer, məhsul və. s ola bilər. Bu haqda axtarış motorunu məlumatlandırmaq, daha dəqiq nəticələri göstərə bilməsi və structured data əlavə edilməsi üçün schema kodlarından istifadə olunur.
Bu kodu yaratmaq üçün aşağıdakı generator saytından istifadə etmək mümkündür: https://technicalseo.com/tools/schema-markup-generator/
HTTPS protokolu
HTTPS (Secure Hyper Text Transfer Protocol) – məlumatın serverdən istifadəçiyə necə və hansı yolla ötürüldüyünü göstərən protokoldur. HTTP istənilən sayta qoşulmaq istədiyiniz zaman sorğunuzu qəbul edir, onu serverə yönləndirir və sayta daxil olmağa imkan verir. HTTPS protokolunun fərqi isə ondadır ki, saytın daha təhlükəsiz olduğunu və istifadəçi məlumatlarının heç vaxt başqaları tərəfindən oxuna bilməyəcəyini bildirir.
Axtarış motorları yalnız HTTPS protokollu – təhlükəsizlik sertifikatlı saytları axtarış nəticələrində çıxarır.
Saytın sürətinin artırılması və mobile-friendliness
Saytın axtarış reytinqə təsir edən faktorlardan biri saytın sürətidirsə (page speed), digəri saytın mobil formata uyğunlaşdırılmasıdır. Bu göstəriciləri aşağıdakı alətlərlə test edə bilərsiniz:
https://search.google.com/test/mobile-friendly
Dublikat səhifələri və qırıq linkləri aşkarlamaq
Axtarış motorlarının yanlış səhifələrə yönləndirmə etməməsi üçün veb saytda dublikat səhifələri (duplicate pages) və qırıq linkləri (broken links, 404 error və s.) araşdıraraq onları aradan qaldırmaq lazımdır.
ON-PAGE
Rəqiblərin araşdırılması
Eyni kütləni hədəfləyən, oxşar və ya eyni məhsul/xidmət təklif edən rəqib saytlar araşdırılmalıdır. Yəni onlar:
-Hansı açar sözlərdən istifadə edirlər?
-Hansı növ kontentlər paylaşırlar?
-Hansı açar sözlərdə çıxırlar və bunun üçün nələr edirlər?
-Axtarışda neçənci sıralarda çıxırlar?
-Səhifələrin strukturu necə qurulub?
-Texniki göstəriciləri (saytın sürəti, mobil formata uyğunluq) necədir?
və s.
Əsas açar sözün təyin edilməsi
Təklif olunan xidmət və məhsuldan asılı olmayaraq hər bir veb saytın bir əsas açar sözü olur. Digər açar sözlər əsasən bu söz əsasında formalaşır.
Açar söz araşdırması (keyword research)
Keyword Research – artıq veb saytın kontentində istifadə edəcəyimiz açar sözlərin araşdırılması və sıralandığı mərhələdir. Bununla bağlı daha geniş növbəti postlarda məlumat verəcəm.
Açar sözlərə uyğun Title & Meta Description yazılması
Bu mərhələdə veb saytın axtarış nəticələrində hansı başlıq və açıqlama ilə çıxmasını təyin edirik. Bu mətnləri hazırlayarkən əsas açar sözlərin istifadəsinə diqqət yetirilir. Dəyişiklikləri paylaşmadan öncə saytın axtarış nəticələrində necə görünəcəyini öncədən bilmək istəyirsinizsə, aşağıdakı preview alətindən istifadə edə bilərsiniz.
https://www.portent.com/serp-preview-tool/
Internal Linking
Saytın daxilində öz səhifələrinə çoxlu linklər verilməsi (internal linking) saytın axtarış reytinqinə təsir edən amillərdəndir.
Təyin olunmuş açar sözlərə uyğun kontentlərin hazırlanması və paylaşılması
Məhsul və xidmətə uyğun açar sözlər araşdırıldıqdan sonra onlara uyğun kontentlər hazırlanaraq paylaşılır. Burada əsas məsələ, hər yerdə həddindən artıq açar söz istifadə etmək əvəzinə, istifadəçilərə daha faydalı olacaq strukturda və daha anlaşılan kontent hazırlamaqdır. Həmçinin, şəkil və videolara da açar sözlər əlavə edilməlidir (image alt).
Saytdakı kontentin daim yenilənməsi və məlumatların son versiya olduğundan əmin olmaq
Ola bilər ki, sizin illər və ya aylar öncə paylaşdığınız blog postdakı məlumatlar artıq doğru deyil və dəyişdirilib. Saytdakı kontentlər zamanla yenilənməli və istifadəçiləri yanlış məlumatlandırmamalıdır. Google üçün SEO-da önəmli ranking faktorlarından biri də məlumatların “fresh” və günümüzə aid olmasıdır.
OFF-PAGE SEO
Backlinks
Veb saytda domain authority və ranking yüksəltmək üçün reytinqi yüksək olan digər saytlarında backlink alması vacibdir.
Backlink – başqa saytların sizin sayta bağlantı verməsidir. Bu isə daha çox trafik və reytinq deməkdir. Digər saytlardan əlavə sosial şəbəkələrdən də bağlantı vermək mümkündür.
Bütün bu proseslərdən əlavə, saytın statistikaları hər zaman monitorinq edilməli və düzəlişlər edilməlidir.